Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13ABŞ dolları və ya 1,72 % azalaraq 64,6ABŞ dolları təşkil edib.
Mynews.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 61,89 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,19 ABŞ dolları və ya 1,86 % azalaraq 62,8 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
1
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
334 dəfə oxunub
2
"Azərbaycanın gələcəyi elmdə və dünyəvi düşüncədədir"
302 dəfə oxunub
3
“Roşka”ya hökm oxundu - 16 ay həbsdə qalacaq
266 dəfə oxunub
4
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
196 dəfə oxunub
5
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
196 dəfə oxunub