"Azerspace-3" telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulur".
Mynews.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində fəaliyyətini artırır: "Yerin müşahidə peyklərindən olan "Azersky-2A" peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır".
Ş.Babayev bildirib ki, eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, "Azerspace-3" peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur: "Beləliklə, "Azərkosmos" həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq".
1
Bir gündə Türkiyədə dörd dəfə zəlzələ olub
344 dəfə oxunub
2
UEFA Millətlər Liqası: Millimiz Litvaya qol vurdu
323 dəfə oxunub
3
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
309 dəfə oxunub
4
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
292 dəfə oxunub
5
İbrahim Borçalının evində toy olacaq
278 dəfə oxunub