“Google” şirkəti fotoqraflar üçün yenidən sosial şəbəkə istifadəyə verir.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, “Google” mütəxəssisləri köhnə ideyalara qayıtmaq və onları yeni üsulla geri qaytarmaq niyyətindədirlər.
Şəkillərlə işləmək üçün nəzərdə tutulan “Google Spaces” xidməti naməlum səbəblərdən populyar ola bilmədi. Ancaq məhz onun əsasında bir fotonun üzərində eyni anda bir neçə istifadəçinin işləyə biləcəyi proqram əlavəsinin istifadəyə verilməsi planlaşdırılır. Proqram sosial şəbəkə adlandırılır, ancaq hələlik müəyyən konsepsiya və ada malik deyil.
Fotoqraflar üçün gələcəyin sosial şəbəkəsi mövcud “Allo” və “Duo” proqramlarının imkanlarını birləşdirmək niyyətindədir. Şirkətin yeni xidmətinin təqdimatı yaxın zamanlarda, bu ilin may ayında “Google”un tədbirində baş tuta bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub