Artıq bir çox şirkətlər müştərilərin işini asanlaşdıran üstünlüklərə malik mobil proqramlar hazırlayır. “Toyota Abşeron Mərkəzi” də bu tələbi nəzərə alaraq, öz müştərilərinə hər yerdə və hər zaman xidmət etmək imkanı verən yeni mobil proqramını istifadəyə verib.
Diqqətinizə çatdıraq ki, yeni “Toyota Tab” proqramı yalnız “Toyota Abşeron Mərkəzi”ndə mövcuddur. Bundan sonra mərkəzdən avtomobil almaq istəyənlər, yaxud avtomobil sahibi olanlar servis və digər məsələlərlə bağlı bir çox işi istənilən an mobil telefonları vasitəsilə həll edə biləcəklər.
“Toyota Tab” proqramı istifadəçilərə aşağıdakı faydalı xüsusiyyətləri təklif edir:
- “Toyota Abşeron Mərkəzi”nin ən son xəbərləri və sərfəli kampaniyalarından xəbər tutun- Servis növbəsinə onlayn yazılın
- Ehtiyat hissələri haqqında sorğu göndərin
- Test-drayv, avtomobil kataloqu və s. üstünlüklərdən yararlanın
- Avtomobil və sürücü barədə bütün məlumatları bir yerə toplayan istifadəçi profili açın
- “Toyota Abşeron Mərkəzi”nin işçiləri ilə dərhal əlaqə saxlayın
Qeyd edək ki, proqramı həm “App Store”dan, həm də “Google Play”dən yükləmək mümkündür. Əlavə məlumat üçün www.toyota-absheron.az saytına daxil ola bilərsiniz.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub