Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook"un istifadəçiləri artıq öz dostlarının tarixçəsini izləyə biləcəklər.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə "Stories" funksiyasının mobil versiyası "Android" və iOS əməliyyat sistemləri ilə çalışan cihazlar üçün əlçatan olub.

İstifadəçilər bundan sonra dostları ilə bölüşmək istədikləri qısa videolar və fotolar yükləyə biləcəklər. Materiallar 1 sutka qalacaq, sonra öz-özünə silinəcək. Tarixçəni yaratmaq üçün müxtəlif effektlər, maskalar, filtrlərdən istifadə etmək mümkündür. İstifadəçi "Direct" düyməsi ilə öz tarixçəsini konkret seçdiyi bir və ya bir neçə dostu ilə bölüşə bilər. Bu cür foto və videolar alıcı tərəfindən baxıldıqdan sonra öz-özünə silinəcək.
Qeyd edək ki, ilk dəfə "Stories" funksiyası "Snapchat" xidmətində yaranıb. Sonra bu funksiyanı digər sosial şəbəkələr də tətbiq etməyə başlayıb. "Facebook" "Snapchat"ı almaq istəsə də, buna nail ola bilməyib. Nəticədə "Facebook" analoji funksiyanı özünün bütün layihələrində - "Instagram", "WhatsApp" və "Facebook Messenger"də tətbiq edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub