“YouTube” mobil proqramında canlı yayım funksiyası istifadəyə verilib.
Mynews.az-ın verdiyi məlumata görə, AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, ötən il “Twitter” və “Instagram” şəbəkələrində mobil qurğulardan onlayn translyasiyalar aparmaq üçün imkan yaradılıb, bu ilin fevralında isə bu funksiya “YouTube”a da əlavə olunub və əvvəlcə ondan yalnız 10 mindən çox abunəçisi olan istifadəçilər yararlana bilib. Bununla “Google” şirkəti ümumilikdə server və funksiyaların fəaliyyətini sınaqdan keçirmək niyyətində olub. Son həftələr ərzində isə “YouTube” mobil əlavəsində onlayn translyasiyalar funksiyasından çoxu istifadə imkanı əldə edib. Bununla əlaqədar “YouTube” bloqunda yerləşdirilən məlumatda bundan sonra funksiyadan kanalda mindən çox abunəçisi olan bütün istifadəçilərin yararlana biləcəyi bildirilir.
Onlayn translyasiya funksiyası birbaşa “YouTube”da quraşdırıldığına görə əlavə proqram yükləməyə ehtiyac yoxdur. Yayıma başlamaq üçün kameranın düyməsinə toxunaraq video üçün lentdə görünəcək təsviri seçmək və translyasiyanın adını göstərmək tələb olunur. Translyasiyanı, həmçinin birbaşa istinadla həm hamı, həm də konkret istifadəçilər üçün etmək olar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub