Wİ-Fİ kodunun sındırılması adi hala çevrilib. Demək olar ki, bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi Wi-Fi kodlarının sındırılmasıdır. Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan Wi-Fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə, şəxsi məlumatları mənimsəyə bilər. Bu hallarla qarşılaşmamaq üçün nə etməliyik?
Məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlama verib: “Wi-Fİ kodlarının qorunmasıyla bağlı bəlli proseduralar var. İstifadəçilərin bununla bağlı məlumatı yetərli olmayadıqa problemlər yaranır. Wi-Fİ problemi olanlar bu sahəylə maraqlanan mütəxəssislərə, təhlükəsizliklə bağlı şirkətlərə müraciət etməlidir”.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi vətəndaşların, şirkətlərin, qurumların internet təhlükəsizliyinin qorunmasına cavabdehdir. “Lakin qurum məsələ ilə bağlı gözləntiləri hələ ki, doğrultmur. Vətəndaşlar bu barədə məlumatsızdır. Ona görə də, Elektron Təhlükəsizlik Mərkəzinin qaynar xətti gecə-gündüz işləməlidir. Mərkəz KİV vasitəsilə insanları məlumatlandırmalıdır”.
Mynews.az xəbər verir ki, proqramist Yusif Nəsibli Metbuat.az-a bu hallardan sığortalanmanın yollarını izah edib:
“Hər hansı brauzerdən 192.168.1.1 ip ünvanını daxil edirsiniz. Sizin qarşınıza daxil olmaq üçün istifadəçi adı və parolu istəyən pəncərə çıxır. Bu pəncərədə istifadəçi adı “admin” və “parol admin” olaraq qeyd edib daxil olursunuz. Əgər daxil ola bilmirsinizsə, modemi “reset”ləməlisiniz.
Qarşınıza çıxan səhifədə “Status” bölməsində modemə neçə cihazın qoşulduğunu görə bilərsiniz. Proqramist qeyd edir ki, “İnterface Setup” bölməsinə daxil olub, buradan “Wireless” bölməsinə keçirsiniz.
“SSİD”-də sizin Wi-Fİ adı qeyd olunub. “Pre-Shared Key” hissəsində siz öz parolunuzu dəyişə bilərsiniz.
Güclü şifrə necə yaratmaq olar?
Proqramistin sözlərinə görə, yalnız modem üçün deyil, internet və kompüter mühitindəki hər növ şifrə güclü olmalıdır. Şifrə böyük və kiçik hərflər, saylar və simvollarla dolu ən az 12-14 xanadan ibarət olmalıdır. Bəlkə, bu şifrələr də qırıla bilər, amma belə güclü bir şifrə haker üçün çətin olacaq.
Simsiz şəbəkələr üçün 3 etibarlı əlaqə tipi var. Bunlar inkişaf sırasıyla; WEP, WPA, WPA2 -dir. Ən etibarlısı WPA2-dir. Modem parametrlərini etibarlı əlaqə tipi olaraq WPA2-i seçməliyik. Əlavə olaraq şifrələmə / encryption qismini da AES (Advanced Encryption Standard) etməliyik. "Broadcast SSİD" "Yes" olaraq, "Use Vps"-i "No" olaraq qeyd edirik. Və yadda saxlayırıq. Yadda saxladıqdan sonra bütün cihazlar internetdən çıxacaq və yenidən daxil olmalısınız.
İnternetə bağlanan hər cür cihazın (kompüter, tablet və telefon) özünəməxsus bir MAC (Media Access Control) ünvanı vardır. Bu ünvan 48 bitliktir və 2 üzəri 48 (281,474,976,710,656) fərqli şəbəkə kartını təsvir etmək üçün istifadə edirlər. Telefon və tabletlərin MAC ünvanlarını ayarlar qisimindən tapa bilərlər. MAC ünvanlarını modemin interfeysinə daxil olub həmin ünvanları görə bilərsiniz. Beləliklə, icazəsi olmayan başqa bir cihaz şəbəkəyə girə bilməz.
Tək mənfi tərəfi, evinizə gələn qonağınız şəbəkənizə bağlanmaq istədiyində onun MAC ünvanını da modem interfeysində qeyd etməlisiniz.