Facebook, Messenger tətbiqi üçün hazırladığı yeni süni zəka asisstenti olan M-i rəsmi oalraq təqdim etdi. M, söhbətlər sırasında lazım olduğu anlarda birdən ortaya çıxaraq, həyatınızı asanlaşdırmağa çalışacaq.
M-i, Siri və Cortana kimi rəqəmsal assistentlərlə səhv salmamaq lazımdır. Bunun yerinə sistem, söhbətlərinizi analiz edərək, lazım olduğu hallarda söhbətə daxil olacaq və sizə təkliflər verəcək. Məsələn bir dostunuzla görüş planlaşdırarkən, söhbətə daxil olaraq "Start Plan” (Planlamağa başla) deyəcək. Siz bunu qəbul etsəniz, təqviminizə gün, saat və məkan məlumatları daxil ediləcək. Zamanı gəldiyində isə M sizə bu görüşü xatırladacaq. Əgər təklifi rədd etmək istəyirsinizsə M-i sadə bir sürüşdürmə əməliyyatı ilə ləğv edə bilərsiniz.
M-in təklif etdikləri hələki məhduddur: Etiket göndərmək, ödəniş etmək, Uber kimi tətbiqləri idarə etmək, anket başlatmaq, plan qurmaq və məkan (location) paylaşmaq. Yaxın gələcəkdə Facebook-un, bu xüsusiyyətləri artıracağına şübhə yoxdur.
M, hazırda sadəcə ABŞ sərhədləri daxilində istifadə edilə bilinir. Digər bölgələrdə nə vaxt istifadəyə veriləcəyi isə hələki dəqiqləşdirilməyib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub