“HMD Global” şirkəti bu ilin 3-cü rübündə “Nokia” brendinin flaqman smartfonunu təqdim edəcək.
Mynews.az-ın məlumatına görə, Oxu.Az "Technote"yə istinadla xəbər verir ki, onun texniki göstəriciləri və qiyməti artıq bəllidir.
Sözügedən smartfon “Nokia 9”, bu ilin 3-cü rübündə satışa çıxarılacaq.
ABŞ-da onun qiyməti isə 700 dollar təşkil edəcək. Göründüyü kimi, bu cür qiymət dəyəri “Nokia” brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa, əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı.
“Nokia 9”-un texniki göstəricilərinə gəldikdə isə o, 5,5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq.
Bundan əlavə, yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub