Beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən ilk smartfonların 2019-cu ildə satışa çıxarılması gözlənilir. Bu barədə “Light Reading” nəşri “Qualcomm” şirkətinin nümayəndəsinə istinadən məlumat verib.
Mynews.az xəbər verir ki Oxu.az "ICTnews"a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 2019-cu ildə eyni anda iki texnologiyanı (4G/LTE və 5G) dəstəkləyən yeni qurğular satışa çıxarılacaq.
Bununla yanaşı, onlar daim “4G” şəbəkəsinə qoşulma funksiyası ilə təchiz ediləcəklər. Məlumata görə, “4G” qoşulma istifadəçiyə. hətta yüksəktezlikli diapazonda siqnal yoxa çıxanda onlayn qalmağa imkan verəcək.
Cari ilin ikinci rübündə sınaq proqramlarının gələcək inkişafı çərçivəsində “Qualcomm” şirkəti telefon istehsalçılarına “5G” modem (Snapdragon X50) texnologiyasını təklif etməyi, növbəti ildə qurğuların sınağına başlamağı planlaşdırır.
Qeyd edək ki, “5G” şəbəkəsi mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq.
Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub