“Facebook” sosial şəbəkəsi “Messenger”in qrup çatlarında pulköçürmə funksiyasını işə salıb.
Mynews.az-ın məlumatına görə, Lent.az “Newsru.com”a istinadən xəbər verir ki, bu barədə “Facebook”un bloqunda məlumat verilib.
Hazırda yeni funksiya yalnız ABŞ-dan olan istifadəçilər üçün “Messenger”in veb-versiyasında və “Android” əlavəsində işləyir, yaxın vaxtlarda isə “iOS” versiyası da əlçatan olacaq.
Həmsöhbətlərdən pul istəmək üçün istifadəçi ödənişlər menyusuna daxil olmalı və ona pul köçürməli olan qrup istifadəçilərini seçməlidir. Bundan sonra, ödənişin ümumi məbləğini və bir adamın adını yazmalıdır.
Adı çəkilən istifadəçilər sorğunu aldıqdan sonra kartla pul köçürə biləcəklər. Bu zaman “Facebook” ödənişlərdən komissiya haqqı tutmayacaq.
Qeyd edək ki, “Messenger”in dialoqlarında pulköçürmə sistemi 2015-ci ildən işə salınıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub