“Facebook” ABŞ-da bu sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətl hadisəsi ilə bağlı bəyanat yayıb.
mynews.az xəbər verir ki, şirkət bazar günü yayılan məlumatda baş verən hadisəni “dəhşətli cinayət” adlandırıb.
“Bu, dəhşətli cinayətdir və biz bu tip kontentlərin “Facebook”a yerləşdirilməsinə icazə vermirik”, - deyə sosial şəbəkə nümayəndələri bildiriblər.
“Biz “Facebook”da təhlükəsiz mühiti saxlamaq üçün səylə çalışırıq və fövqəladə vəziyyətlərdə – fiziki təhlükəsizliyə birbaşa təhlükə yarandığı zaman hüquq-mühafizə orqanları ilə əlaqədə oluruq”, - məlumatda bildirilir.
Xatırladaq ki, ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxs “Facebook”un canlı yayımında qətl törədib.
Afroamerikalı şəhər küçələrindən birinə çıxaraq yoldan keçən yaşlı kişini güllələyib.
O, ağ rəngli avtomobil ilə hadisə yerindən qaçıb. Cani yeni qətllər törədəcəyini vəd edib.
İlkin məlumata görə, cinayətkarın adı Stiv Stivensdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub