“Azərbaycanda “Made in Azerbaijan” brendi altında smartfonların yığılmasına başlanılacaq”.
Mynews.az xəbər verir ki, bunu Trend-ə “CRM Group” şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.
Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq.
R.Süleymanov deyib: “Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq.
Biz, ümumilikdə, 10-a yaxın müxtəlif növ İT-məhsulun, o cümlədən planşet, kompüter, noutbuk, printer və s. yığılmasının həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək”.
“CRM Group”un baş direktorunun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.
“Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik.
Qonşu Türkiyədə, məsələn, “Casper” brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik”, - R.Süleymanov deyib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub