“Google Play store” istifadə edənlər, diqqət! - FOTOLAR

844
“Google Play store” istifadə edənlər, diqqət! - FOTOLAR
“Google Play” onlayn mağazasında yeni ziyanverici əlavələr aşkar olunub.
Mynews.az xəbər verir ki, İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, bu proqramlar “Paxful” və “PayPal” akkauntlarından məlumatların oğurlanması ilə məşğuldur. Qarətçilər sosial mühəndislik metodu ilə işləyirlər.
Aşkar olunan təhlükəli əlavələr arasında “Boost Views” proqramı da mövcuddur. Tərtibatçılar söz verib ki, onun köməyi ilə istifadəçilər “YouTube” video hostinqində gəlir əldə edə biləcəklər. Artıq 100 min insan bu proqramı yükləyib. Yükləmədən sonra proqram istifadəçiyə seçim təqdim edir: öz kanalının baxış sayını artırmaq və ya saytda çarxları izləyib əvəzində pul qazanmaq. 
Müəyyən məbləğ toplanandan sonra proqramda qeydiyyatdan keçmək lazım gəlir. Ancaq istifadəçilərdən pulların alınması baş tutmayıb. Çünki onların məlumatlarını kənar tərtibatçının serveri əldə edib.
Daha bir haker saytı “PaxVendor” olub. Proqram lazımi məlumatı saxta avtorizasiya ekranının köməyi ilə əldə edib.

Xəbər lenti