“F8” konfransında çıxış edən “Facebook” sosial şəbəkəsinin yaradıcısıMark Zukerberq “Instagram”a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az "Technote"yə istinadən xəbər verir ki, yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.
Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək.
İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.
Hələlik, sadəcə, “Instagram”ın “Android” tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub