“Facebook” şirkəti eyniadlı sosial şəbəkədə yerləşdirilən materiallar və nəşrlərdən şikayət prosedurunu sadələşdirmək niyyətindədir.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin qlobal əməliyyatlar üzrə vitse-prezidenti Castin Osofski bəyanat yayıb.
Onun sözlərinə görə, buna səbəb ABŞ-ın Klivlend şəhərində sevgilisi ilə dalaşan 37 yaşlı Stefen Stevensin 74 yaşlı kişini “Facebook”un canlı yayımında qətlə yetirməsidir. Bu hadisədən sonra “Facebook” rəhbərliyi standartlardan kənar video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub