ABŞ-ın “Facebook” korporasiyası rəsmi olaraq özünün 360 dərəcəli “Surround 360” ikinci nəsil kameralarının istifadəyə verildiyini bəyan edib.
Mynews.az -ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, təqdimat F8 konfransının gedişində baş tutub. Bildirilir ki, yenilik kütləvi satış üçün nəzərdə tutulub.
Məlum olub ki, alıcılar üçün cihazın iki versiyası - 6 və 24 kameralı cihazlar əlçatan olacaq.
Cihazlar 8K genişlənməsi olan videolar çəkməyə icazə verəcək. Sonradan çəkilmiş videolara əlavələr edib onları tam olaraq VR fəzaya çevirmək mümkün olacaq. Həmçinin digər redaktorların köməyi ilə videolara redaktə etmək imkanları da olacaq.
Qeyd edək ki, “Surround 360” satışlarına 2017-ci ilin sonunda start veriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub