Slovakiyanın “AeroMobil” şirkəti Monakoda keçirilən sərgidə özünün uçan avtomobilini təqdim edib.
Mynews.az-ın İKT.Lent.az-a istinadən xəbərinə görə, avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanıb. Uçan avtomobilin dəyəri 1 milyon dollardan artıqdır və 2020-ci ildən etibarən alıcıların istifadəsinə veriləcək.
Hibrid mühərriklə təchiz olunmuş avtomobili həm yerdə, həm də göydə sürmək mümkün olacaq. Yerdə maksimal sürəti 160 km/saat, maksimal gedişi 700 km olacaq. Göydə isə bu göstəricilər müvafiq olaraq 360 km/saat və 750 km olacaq. Avtomobili uçuş rejiminə keçirmək üçün 3 dəqiqə lazım gələcək.
Nəqliyyat vasitəsi həm avtomobil, həm də uçan aparat kimi qeydiyyatdan keçəcək. Bu isə o deməkdir ki, onu idarə edən şəxsin həm sürücülük vəsiqəsi, həm də pilot lisenziyası olmalıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub