"Facebook" şirkəti 2016-cı ilin son rübü və ümumilikdə il əzində əldə olunan gəlirlər haqqında hesabat hazırlayıb.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, son rübdə "Facebook"-un gəlirləri 8.8 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 51% artım deməkdir. Son rüb ərzində təmiz gəlir 3.57 milyard dollar təşkil edib.
Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin payına düşür. Bu seqmentdə qazanılan gəlirin həcmi 3,59 milyard olub. Reklam gəlirinin 69 faizi mobil reklamın payına düşür.
Gündəlik aktiv istifadəçi sayı 18% artaraq 1.23 milyard nəfərə çatıb. Bunlardan 1.15 milyard mobil tətbiq istifadəçiləridir.
"Facebook" 212 milyard dollar kapitallaşmaya (NASDAQ) malik dünyada ən böyük sosial şəbəkədir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub