Britaniyanın sabiq baş naziri Toni Bleyr bəyan edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması onu siyasətə qayıtmağa sövq edib.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az RİA Novosti -yə istinadən xəbər verir.
“Brexit” mənim üçün siyasətdə daha fəal iştirak etmək üçün motivasiya oldu”, - 63 yaşlı Bler “Mirror”a verdiyi müsahibəsində deyib. O əlavə edib ki, Böyük Britaniyanın Aİ-dən çıxması çətin olacaq.
“Bu tarixi anı yaşadığımız zaman mən susmaq istəmirəm, çünki bu mənim ölkə üçün narahat olmadığımı göstərəcək, bu vəziyyətə düşmək istəmirəm. Mən narahatam”, - sabiq baş nazir deyib.
“Brexit” prosedura cari ilin mart ayında başlayıb. Danışıqların iyunda başlayacağı, ölkənin 2019-cu ilin martından gec olmayaraq Aİ-dən ayrılacağı gözlənilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub