Bir çox məşhurlar sənətlərindən fərqli olaraq, özəl həyatlarında bir o qədər də müvəffəqiyyətli deyillər.
Mynews.az Milli.Az-a istinadən bu dəfə valideynlik kimi ən vacib vəzifənin öhdəsindən gəlməyən dünyanın pərəstiş etdiyi məşhurları təqdim edir:

Amerikan güləşçisi "Sarı Div" ləqəbli Halk Hoqan qızı Brookenin ən yaxın rəfiqəsi ilə yatıb. Bəli, səhv eşitmədiniz... Halk Hoqan qızı yaşında biri ilə, həm də qızının ən yaxın rəfiqəsi ilə əlaqəyə girib. Bu olay məşhur güləşçinin həyat yoldaşı ilə boşanması zamanı ortaya çıxıb.

Aktyor Eddi Mörfi "Spice Girls"un Melanie B.si ilə əlaqə yaşadıqları zaman Melanie hamilə qalıb. Bundan xəbər tutan Eddi Mörfi Melanieni dərhal tərk edib və uşağın ondan olmadığını söyləyib. Melanie DNT testi etdirib, lakin Eddi Mörfinin doğma qızı olmasına baxmayaraq, bu illər ərzində heç vaxt uşağına sahib çıxmayıb.

Keyt Moss dünyanın ən yaxşı modeli ola bilər, lakin yaxşı bir ana sayılmaz.
Azyaşlı qızına baxmalı olduğu dövrlərdə tez-tez narkotik və spirtli içki qəbul edərək məsuliyyətsiz davranışına görə sərt reaksiyalarla qarşılaşıb. Söz-söhbətlərə görə, Moss elə bir halda olurdu ki, azyaşlı qızı Lily Qreys ona sahib çıxmaq məcburiyyətində qalırmış.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub