Böyük Britaniyada ömrünün 54 ilini xəstəxanada keçirən pasiyent ölüb.
Publika.az xəbər verir ki, bu haqda “Metro” nəşri yazıb.

Ceyms Morris bu ilin martında həyatını itirib. Hər şey 1962-ci ildə başlanıb. Ceyms Morris həmin vaxt Şotlandiya atıcılıq alayında xidmət edirdi. Avtomobil qəzasında onun omba sümüyü sınıb. Onu əməliyyat üçün ingilis klinikasına göndəriblər. Onun xəstəxanaya çatdırılması zamanı fəsadlar artıb. Bundan başqa, əməliyyat çox da uğurlu keçməyib.

Bundan sonra onun səhhətində ciddi problemlər başlanıb və o, həmin vaxtdan klinikanı tərk etməyib. Bu müddət dünya rekordu hesab olunur.
Bəzən qohumlar ona baş çəkirdilər. Amma onlar etiraf edirdilər ki, xəstəxananın işçiləri və pasiyentləri Ceymsə ailəsi və qohumlarından daha yaxın olmuşdular.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub