Türkiyədə, Antalyada ayrı yaşadığı həyat yoldaşı Huriyə A. ilə evlilik ildönümü öncəsi barışmaq istəyəən Ömər. A.-nın başına iş gəlib.
Hadisə keçən ilin 22 noyabrında Döşemealtı mahalında meydana gəlib.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, əvvəlki evliliyindən 1 uşağı olan Huriyə A. bir yerdə çalışdığı 33 yaşlı Ömər A. ilə evlənib. Bir müddət sonra cütlük arasında anlaşılmazlıq baş verincə Huriyə A. evdən gedib. Həyat yoldaşı haqqında şikayət edərək boşanma iddiası qaldıran Huriyə A. 28 yaşlı yük maşını sürücüsü İbrahim A. ilə yaşamağa başlayıb. Yoldaşının bir başqası ilə yaşadığından xəbərdar olmayan Ömər A., evlilik ildönümü əvvəli onunla barışmaq üçün şokolad və çiçək hazırladıb. Ömər A. daha sonra avtomobillə həyat yoldaşının yaşadığı evə gedib. Qapını Huriyə A.-nın birlikdə yaşadığı İbrahim A. açıb. Cütlük arasında baş verən mübahisəyə evdəki İbrahim A.-nın həmkəndlisi Mustafa A. da qatılıb.
İddiaya görə İbrahim A.-nı diz çökdürdən Ömər A. yoldaşının ayaqlarından öpdürdüb. Bu məqamda tüfəngdən açılan atəşlə Mustafa A. qarınından yaralanıb. Ömər A. həbs olunub, İbrahim A. isə həbssiz mühakimə edilərək sərbəst buraxılıb.
Hadisədə istifadə edilən tüfəngdə barmaq izinin təsbit edilməsinə qərar verən məhkəmə Ömər A.-nı həbssiz mühakimə ilə müvəqqəti olaraq sərbəst buraxıb. Məhkəmə təxirə salınıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub