Türkiyənin İsveçrədəki Baş Konsulluğuna maskalı şəxslər hücum edib.
Mynews.az AzVision.az-a istinadla xəbər verir ki, hücum nəticəsində mərkəz qərargahı Zürix şəhərində yerləşən konsulluq binasına ziyan dəyib.
Maskalı şəxslər konsulluq binasının qarşısında yerləşən avtobus dayanacağına və yaxınlıqdakı evə “Kill Erdogan” (Ərdoğanı öldürün) şüarını yazıblar.
Baş konsul Asiye Nurcan bildirib ki, boyalı hücum axsam saatlarında baş verib: “Binaya 60-a yaxın maskalı şəxs hücum edib. Hadisədən sonra polis konsulluğa gəldi. Hazırda lazımi tədbirləri görməkdəyik. Bina boyalardan təmizlənir”.
Qeyd edək ki, hücum edənlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alması və binaya atılan boyaların PKK terror təşkilatının “rənglərini” əks etdirməsi hücumun PKK tərəfdarları tərəfindən edilməsi şübhələrini artırıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub