Şimali Koreyanın hərbi başlıqlarla təchiz edilmiş strateji raketlərinin final hədəfi ABŞ-ın materik hissəsidir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın “Rodong Shinmun” qəzeti məlumat yayıb.
“Zərbə amansız cəza olacaq və ABŞ-ın sonu olacaq”, - mayın 2-də saytda dərc edilmiş məqalədə deyilir.
Jurnalistlərin fikrincə, ABŞ prezidenti Donald Trampın təyyarədaşıyan gəmilərin Koreya yarımadasına yan almasına dair qərarı – “nüvə müharibəsini qızışdıran hərbi manyakların ağılsız davranışıdır”.
Xatırladaq ki, aprelin əvvəlində ABŞ-ın HDQ-nin zərbə qrupu “Karl Vinson” gəmisi başda olmaqla Koreya yarımadasına istiqamət götürmüşdü. Bu, ABŞ-ın regionda öz iştirakını təmin etmək üçün atılan addım idi.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub