Antalyada təxminən 2 il əvvəl özəl bir xəstəxananın salonunda çəkilən bu görüntülər hər kəsin diqqətini çəkib.
Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az Milliyet-ə istindən xəbər verir ki, özəl xəstəxanın tibb işçisi olan rusiyalı Ludmila C. xəstəxananın salonunda iş yoldaşlarına bioenerji ilə əlaqədar məlumat verərkən bir işçini yanına çağırıb. Ludmila işçini hipnoz etdikdən sonra bir masaya əyləşdirdi. "Cadu sındırmaq" seansını tərcüməçi vasitəsilə həyata keçirən Ludmila həmin prosesi çəkən adamı yanına çağıraraq "Səssiz olun. Bura ona edilən cadunun çıxdığı yerdir. Həkimlərin burada edə biləcəyi heç bir şey yoxdur. Mən bütün enerjini təmizləyirəm. Bütün kanalları açıram. Bütün mənfi enerjini, bütün caduları çıxaracağam", - dedikdən sonra əllərini sağa-sola yelləməyə başlayıb.
Ludmila: "Bu an onun durduğu ərazi müalicə ərazisidir. Boğazı təmizlənir. Əgər bildiyiniz dua varsa, ürəyinizdə oxuya bilərsiniz", - dedikdən sonra içində cadu olduğunu iddia etdiyi şəxsi ayağa qaldırıb.
Bu görüntüləri keçən ilin 5 aprel tarixində Facebook səhifəsində xəstəxananın adını da qeyd edərək paylaşan Ludmila mövzunun rayon səhiyyə şöbəsinə çatdırılmasından sonra videonu silib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub