Salonun sahibi üç il həbsdə yatmalı olacaq
Ermənistanın paytaxtı İrəvanda masaj salonlarından birinin sahibi Saak Davtyan 3 il azadlıqdan məhrum edilib.
Mynews.az İstiPressə istinadən xəbər verir ki, o, məhkəmə zalında həbs edilib.
İttihamnamədə qeyd edilir ki, salon sahibi üç qadın masajçını məhz intim xidmətlər də həyata keçirdiyinə görə işə götürübmüş. Qadınlardan birinin 21, daha ikisinin isə 23 yaşı var.
Ermənistanda qadınların, hətta yeniyetmə və gənc yaşlarında olan qızların fahişəliklə məşğul olması son zamanlar adi hala çevrilib. Yerli ekspertlərin fikrincə, bunun başlıca səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin həddən artıq dözülməzliyi ilə bağlıdır.
Vəziyyət hətta elə həddədir ki, bir çox halda kişilər öz arvadlarını fahişəliklə məşğul olmağa vadar edirlər. Ekspertlər düşünürlər ki, ölkədə işsizliyin həddinin yüksək olması da erməni qadınların fahişəliyə sürüklənməsinə ciddi təkan verir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub