Tanınmış gitaraçı, “Hampton Grease Band” rok qrupunun təsisçisi Bryus Hempton Atlantada 70 illik yubileyi şərəfinə keçirilən konsertdə ürəktutmadan vəfat edib.
Mynews.az Report-a istinadla xəbər verir ki, musiqiçi “Fox Theater” səhnəsində özünü pis hiss edib. Ürəktutma musiqiçinin “Turn on Your Lovelight” mahnısını ifa etdiyi zaman baş verib.
Amma ürəktutmadan sonrakı bir neçə dəqiqə ərzində də B.Hempton səhnədə qalıb. Belə ki, onunla birgə səhnədə ifa edən musiqiçilər gitaraçının əvvəlcədən hazırladığı özəl gediş etdiyini düşünüb.
Qeyd edək ki, B.Hempton eksperimental sürrealist bəstələri ilə məşhurlaşıb. O, eksperimental rok janrında ifa edib və karyerası ərzində 20-dən çox val buraxıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub