Rusiyanın Severodvinsk şəhərində yataqxananın mühafizəçisinin öldürülmə anının video görüntüsü yayılıb.
SalamNews-un Ren.tv-yə isinadla verdiyi xəbərə görə, kadrlarda kişinin mühafizəçiyə yaxınlaşdığı və onlar arasında mübahisə yarandığı görünür.
Bundan sonra cinayətkar mühafizəçiyə güclü zərbə endirir. İşçi yerə yıxılır və başı divara dəyir. Bundan sonra cinayətkar yerdə huşsuz vəziyyətdə uzanan şəxsə ayaq zərbələri endirərək onu öldürür.
Cinayətkar ölmüş şəxsin ciblərini axtardıqdan sonra hadisə yerindən qaçır. Qatil saxlanılıb. Onun 45 yaşlı yerli sakin olduğu bildirilir. O, hadisə baş verən gün sərxoş vəziyyətdə olub. Münaqişəyə səbəb yataqxana işçisinin onu məzəmmət etməsi olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub