ürkiyədə Azərbaycanda oxuduğu iddia edilən həkimin silikon qalmaqalı davam edir.
Mynews.az istipress-ə istinadən xəbər verir ki, əslində, saç ustası olan Soner G-nin silikon qurbanlarının sayı artmağa başlayıb. 22 yaşlı tibb bacısı Merve Keleşin dodağına naməlum maddə yeridərək onu xəstəxanalıq edən, dodağını itirmə təhlükəsi ilə qarşı-qarşıya qoyan "həkim"in yeni qurbanı ər-arvad olub.
Türkiyənin sosial media fenomenləri olan cütlük - Celal (38) və Güllü Sel (32) bir ay öncə onun qəbulunda olublar. Cütlük hətta silikon əməliyyatlarını İnstagram-dan canlı yayımlayıblar.
"İzləyici sayım çox olduğu üçün ilk mesajı özü göndərdi. Özünü mütəxəssis kimi təqdim etdi. Həyat yoldaşıma botoks etdi, mənim dodaqlarıma isə silikon vurdu. İlk dəfə bu qədər ağrı çəkdim. Çox inandırıcı danışırdı. Biz onunla birlikdə gözəllik salonu açmaq üçün danışıqlar aparırdıq. Bu zaman Merve məsələsi ortaya çıxdı", - deyə dodaqları 22 yaşlı tibb bacısınınkı qədər olmasa da, zərər çəkən Güllü Sel bildirib.
Azərbaycanda oxuduğunu iddia edən kosmetoloq türk qızın həyatını məhv etməsi ilə gündəmə gəlib. Türkiyədə tibb bacısı kimi çalışan Merve Kalaş kosmetoloq həkimin qurbanı olub. 22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib.
Soner.G Azərbaycanda təhsil aldığını deyib və ona 1000 lirə müqabilində dodaq silikonu vurub. Lakin bir neçə gün sonra gəncin dodağı şişməyə və ağrımağa başlayıb. Onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib.
Nəticədə qızın dodaqları qorxunc vəziyyətə düşüb və onları itirmək təhlükəsi ilə qarşılaşıb.
.jpg)


1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub