Türkiyənin Bursa şəhərində litsey şagirdi sinif yoldaşını öldürərək, intihara cəhd edib.
Mynews.az-ın məlumatına görə, Metbuat.az xəbər verir ki, səhər saatlarında qız dostu Nilufəri silahla öldürən H.C silahı başına tuşlayaraq, intihara cəhd edib. Nilufər ölsə də, H.C ağır yaralanıb.
Nilufəri öldürən H.C-nın sinif yoldaşları ilə “WhatsApp” qrup yazışması ortaya çıxıb. Qətldən az əvvəl yazılan yazışmada H.C sinif yoldaşlarına vida məktubu göndərib:
“Sağkən bir işə yaramadım. Mən öləndən sonra orqanlarımı ehtiyacı olanlara verərsiniz ki, insanlara bir faydam olsun. Gedəcəyim yerin hara olduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, o yer mənimçün cənnət olacaq. Atam da həbsxanaya düşmək istəməzdi, amma nə yazıq ki, tale belə gətirdi. Nilufər məni bu addımı atmağa məcbur etdi. Əslində çöldə 50-100 nəfəri öldürməyi çox istərdim. Amma riskə gedə bilmərəm. Ölüm həqiqətin özüdür. Nəhayət ki, həqiqətə qovuşacam”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub