Vatikanın şeytan çıxarmaq üzrə baş keşişi xəbərdarlıq edib ki, yoqayla məşğul olmaq şeytan tərəfindən ələ keçirilməyə səbəb olur.
Vatikanda şeytan çıxarmq işinə yeni təyin edilmiş keşiş Cesare Ata yoqa etməklə yanaşı Harri Potter kimi gizli güclərə həsr edilmiş kitabların oxunmasının da insanların şeytani güclər tərəfindən ələ keçirilməsinə səbəb olduğunu iddia edib.
Keşiş Harri Potter və digər fantastik romanların televiziyada yayılmasının gənclərin sehrlərə həvəs göstərmələrinə həvəsləndirdiyini və sehr öyrənmək üçün bir sıra təhlükəli işlərə əl atmaq məsələsində cəsarət verdiyini deyib: "True Blood və digər vampir obrazlarında tez-tez şeytanı xarakterlərin istifadə edildiyi, dinlər tərəfindən təhlükəli görünən və qadağan olunan qan içmə kimi ayinlər cazibədar göstərilir və bu səbəbdən gənclərin düşüncələrində gizli qüvvələrə qarşı qapılar açılır".
Yoqa kökləri səbəbindən Hindu tanrılarına ibadət formasıdır və yoqa əsnasında girilən mövqelər Hinduizmə inananlar üçün tanrılarına ehtiramlarını bildirmək formasıdır. Yoqa zamanı orqanizm ruhi aləmə özünü açır və müdafiəsiz hala gəlir. Əgər yoqa edən adam bu məsələnin fərqində deyilsə, ( günümüzdə böyük əksəriyyət fərqində deyil) yoqa zamanı orqanizm müdafiəsiz olmasından istifadə edən pis ruhlar tərəfindən ələ keçirilir.
Yoqa kimi cərəyanların bir sıra pis qüvvələrə xidmət etmək üçün qəsdən yayıldığını deyən keşiş hamını bu məsələlərdə diqqətli olmağa dəvət edib.
qa kökləri səbəbindən Hindu tanrılarına ibadət formasıdır və yoqa əsnasında girilən mövqelər Hinduizmə inananlar üçün tanrılarına ehtiramlarını bildirmək formasıdır. Yoqa zamanı orqanizm ruhi aləmə özünü açır və müdafiəsiz hala gəlir. Əgər yoqa edən adam bu məsələnin fərqində deyilsə, ( günümüzdə böyük əksəriyyət fərqində deyil) yoqa zamanı orqanizm müdafiəsiz olmasından istifadə edən pis ruhlar tərəfindən ələ keçirilir.
Yoqa kimi cərəyanların bir sıra pis qüvvələrə xidmət etmək üçün qəsdən yayıldığını deyən keşiş hamını bu məsələlərdə diqqətli olmağa dəvət edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub