30 yaşlı qadın ərindən gizlətmək istədiyi 7500 dollar pulu udub.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyada yaşanan bu hadisədə həkimlər qadının mədəsindən ancaq 5700 dollar çıxara biliblər. Qalan pulların qalın bağırsaqdan keçdiyini deyiblər.
Qadın bildirib ki, əri ilə dalaşdığı üçün pulları ondan gizlətmək istəyib. O,100 dollarlıq nominal formasında ən azı 7 min dollar udduğunu bildirib.
Santander Universitet xəstəxanasının Cərrahiyyə şöbəsinin baş həkimi Juan Paulo deyib ki, naminalların paketlənmiş formada olmaması onun qaçaqmalçılıq yolu ilə əldə edilən pul olmadığı mənasını verir.
Əməliyyatdan sonra açıqlama verən qadın pulları əri ilə səyahətə çıxmaq üçün ev əşyalarının bir qismini sataraq topladığını deyib.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub