Fransada qəribə hadisə baş verib.
Bordo şəhərində sərsəri həyat tərzi keçirən “bomj” hardansa geyim taparaq, səliqəli geyinib və ən bahalı oteldə istirahət edib. Bordo şəhərində “Grand Hotel” adlı beşulduzlu oteldə qalan 61 yaşlı sərsəri, düz 4 gün istirahət edib. Oteldə istədiyi qədər yeyib-içib, əylənib.
Fransanın “Sud-Ouest” qəzetinin yazdıqlarına görə, 4 gün kef çəkdikdən sonra otelqən qaçmaq istəyən sərsərini mehmanxananın mühafizəçisi yaxalayıb.
Məlum olub ki, həmin şəxs otelə 2079 avro borcu var. Onun üstündən pul çıxmayıb. Belə olan zaman otel rəhbərliyi polisə müraciət edib. Pulsuz 4 gün oteldə istirahət edən “bomj” polis tərəfindən saxlanılıb.
İlk əvvəl sərsəri polisi aldatmaq istəyib. Deyib ki, bank kartları oğurlanıb. Lakin sonradan yalan danışdığını etiraf edib. O, polisə ifadəsində bildirib ki, küçədə yatmaqdan yorulub.
“Bir müddət insan kimi yaşamaq istədim. Onsuzda keçədə yatmaq, kimsəsiz və tənhalığa alışan insanam”, - deyə sərsəri ibldirib.
Polis əhmin insanı həbs edib. Onun törətdiyi dələduzluğa görə məhkəmədə cavab verəcəyi bildirilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub