Türkiyənin müdafiə naziri Fikri İşıq Hakkaridə PKK ilə silahlı münaqişə zamanı şəhid olan hərbçi Serkan Çakalın 9 yaşlı oğlu Metehanın Kocaeli sünnət mərasimi üçün xidməti maşınını bəzətdirib.

Mynews.az qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin bu addımı qonşu ölkədə müsbət qarşılanıb.
Sevincini mətbuatla bölüşən Metehan belə deyib:
"Nazirimiz bir müddət əvvəl Kocaeliyə gələndə anamla birgə qəbuluna getdik. Orda məndən nə istədiyimi soruşanda sünnətimdə avtomobil karvanının olmasını istədiyimi dedim. Ondan sonra nazirimiz öz avtomobilini verdi. Dostlarımla birgə avtomobillə gəzdik, siqnal verdik, çox əyləndik".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub