Çində kömür şaxtasında qaz partlaması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Mynews.az xəbər verir ki, bu barədə “Sinyuxa” agentliyi məlumat yayıb.
Hadisə bazar günü günorta saatlarında Hunan əyalətinin Huanfentsyao şəhər dairəsində baş verib. Hadisə zamanı şaxtada 55 nəfər olub. Daha öncə üç nəfərin öldüyü, çox sayda adamın xəsarət aldığı barədə məlumat yayılmışdı.
Xilasedicilər 37 nəfəri xilas edə biliblər. Qeyd edilir ki, hazırda 18 nəfərin ölməsinə dair məlumat təsdiq edilib.
Hüquq-mühafizə orqanları hadisənin araşdırılması ilə məşğul olurlar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub