14 yaşında ərə verilmiş Zərinə indi hospitaldadır. Onun vəziyyəti ağırdır. Səbəb isə özündən 42 yaş böyük ərinin onun qulaqlarını kəsməsidir.
Hadisə Əfqanıstanın şimalındakı Bəlx vilayətində yaşanıb.
Zərinənin qulaqların kəsmiş əri qaçıb. Polis onu axtarır.
21 yaşlı Zərinənin dediyinə görə, atası onu 7 il əvvəl Mustafa adlı kişiyə ərə verib.
"Mustafa yaşca atamdan da böyük idi. Ailəmiz kasıbdı, 9 uşaqdıq. Atam da məni Mustafaya 8 kisə düyü və 12 kisə buğdanın müqabilində verdi. Srağagün Mustafa evə gələndə məni döydü. Səbəbini bilmirəm. Gecənin bir aləmində məni təpiklə yuxudan oyadıb yenə döydü, sonra da qulaqlarımı kəsdi. Ərim ailəmlə görüşməyimə, anamla, atamla danışmağıma icazə vermirdi. Mən də boşanmaq istədim ", - Məzari Şərif şəhərindəki hospitala yerləşdirilmiş Zərinə deyib.
Zərinənin bibisi Həmidənin dediyinə görə, Mustafa toydan iki həftə sonra İrana işləməyə yollanıb: "İki-üç aydan bir evə gəlirdi. Hər gün Zərinəni döyürdü, ona qan uddururdu".
Zərinənin dediyinə görə, ərindən boşanmaq istəyir.
Əfqanıstanda 20 yaşlı Rəza Gülü əri vəhşicəsinə döyəndən sonra burnunu kəsib.
Rəza hazırda Ankarada müalicə olunur.
Əfqanıstanda 6 yaşlı qızların belə, ərə verilməsi az qala adi haldır.

milli.az
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub