Gənc müğənni Castin Biber mayın 10-da dünya turu çərçivəsində Hindistanda səhnə alacaq.
Mynews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı 5 gün qalacağı ölkədə indidən istəkləri barədə xəbər verib.
Castinin əsas istəkləri bunlardır:
1. Qrupu üçün 10 lüks avtomobil və 2 dənə “Volvo” avtobus.
2. Özü üçün bir “Rolls-Royce” markalı avtomobil.
3. Kreslo, paltaryuyan maşın, soyuducu, qarderob və masaj masası.
4. Bilyard masası və “playstation”.
5. Hindistan ətrafında səyahət edə biləcəyi özəl təyyarə.
6. Konsert günü stadionda uçacaq bir təyyarə.
7. 3 mərtəbə lüks villa.
8. Otelde yalnız Biber üçün ayrılmış xüsusi bir lift.
9. Stress atması üçün Biberə xüsusi hazırlanmış bir hovuz.
10. 5 gün Castinlə maraqlanacaq peşəkar aşbazlar.
11. Biberin səhnə arxası otağı üçün gümüş çəngəl bıçaq, aralarında zanbaq olmayan həqiqi çiçəklər.
12. Geyinmə otağı üçün ağ pərdələr.
13. Geniş qapılı bir soyuducu, paltar rəfləri, 8 dənə əl və 12 dənə hamam dəsmalı.
14. Biberin səhnə arxasındakı otağı üçün 24 şüşə içməli su, 24 şüşə spirtli və enerji içkiləri.
15. Bütün qrupun çeynəməsi üçün çeşid-çeşid saqqızlar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub