İngiltərənin Çeşir vilayətində maraqlı layihə həyata keçirilib. IQ (məntiq) testləri tərtib etməklə dünyanın ən ağıllı insanını müəyyənləşdirməyə çalışıblar.
Mynews.az xəbər verir ki, müxtəlif millətlərin nümayəndələrinində iştirak etdiyi müsabiqədə hind əsilli 12 yaşlı qız Rajgauri Pavar qalib gəlib. O, 2017-ci ildə dünyanın ən ağıllı insanı seçilib.
Ümumi İQ testlərin norma daxili maksimal balı 140 hesab olunur. Dünyanın ən dahi və ziyalı insanları hesab olunan Albert Eynşteyn və Stiven Houkinq 160 xal toplayaraq bu göstəricini geridə qoymuşdu. İllərdir dəyişməyən rekordu 12 yaşlı qız yeniləyib.
Müsabiqədə 162 xal toplayan Rajgauri Pavar dünya rekordunu təzələyərək dünyanın ən gənc dahisi hesab olunub.
Pavarın atası Mançester Universitetində elm mütəxəssis kimi çalışır. Onun sözlərinə görə, qızı belə bir nəticə əldə edən ilk gənc insandır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub