Britaniyanın populyar teleaparıcı, model, yazıçı və prodüserlərindən olan Keti Prays ABŞ-ın Florida ştatındakı Mayami şəhərində "My Crazy Life" adlı yeni realiti-şousunun çəkilişindədir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 38 yaşlı K.Prays populyar amerikalı DJ, 27 yaşlı Tom Zanetti ilə birlikdədir.
Dünən onlar Mayamidəki gecə klublarından birində Zanetti ilə əylənib, sonra da yeni məşuqu ilə qol-boyun olaraq hotelə yollanıb.
K.Prays ötən il "Loose Women" mükafatını alanda və "İlin ən pis ulduzu" adına layiq görüləndə spirtli içkilərdən uzaq duracağını vəd etmişdi.
Lakin 5 övlad anası Keti Prays sözünün üstündə durmayıb və yenidən əyyaşlığa başlayıb.
Üstəlik, yeni məşuqu ilə ərinə xəyanət edərək.
Keti Prays teleaparıcı və model kimi yox, həm də istedadlı jurnalist, bloqer və prodüser kimi tanınır. 21 yaşında onda müayinə zamanı xərçəng aşkarlanmışdı. Lakin hədsiz iradə və qətiyyəti hesabına o, xəstəliyə qalib gəldi. 27 yaşı olanda isə K.Prays "Cosmpolitan" jurnalı tərəfindən "İlin qadını" seçilmişdi.
Əsl ad və soyadı Katrina Emi Aleksandra Aleksis İnfild olan Keti Prays 5 övlad anasıdır.2000-ci illərin əvvəlində futbolçu Duayt Yorkla qeyri-rəsmi nikahda yaşayan K.Parysın bu izdivacdan 2002-ci ildə Harvi Deneiel Prays adlı oğlu olub.
2005-2009-cu illərdə aktyor Piter Andre ilə nikahda olan K.Prays oğlu Cuniaor Savva Andreas Andreni və qızı Prisses Tiaami Kristel Ester Andreni dünaya gətirib.
K.Prays 2010-2012-ci illərdə MMA döyüşçüsü Aleks Reydlə nikahda olub, 2013-cü ildə isə striptizçi Kiran Haylerə ərə gedib.
K.Prays bu nikahda Cett Rivyer Heyleri və Banni Henyleri dünyaya gətirib.