Livanda yayımlanan Al Akhbar qəzeti Türkiyənin terroristləri Suriyaya qarşı silahlandırmaqla yanaşı fahişə qadınlar da təklif etdiyini irəli sürüb.
Yurd qəzetinin Al Akhbar qəzetindən götürdüyü xəbərə görə, başlanğıcda bu xidmətləri üçün Türkiyəyə təşəkkür edən terrorçu qruplarının aralarında onlara təklif olunan "xidmətlərə" görə toqquşma yaşanıb. ÖSO və Nusra Cəbhəsinin komandirləri onlara təqdim olunan bu xidmətin cinsi ehtiyacları ödəməkdə yetərsizi olduğunu və bu şəkildə davam edərsə cihadçılar arasında münaqişələrə səbəb ola biləcəyi barədə Türk kəşfiyyat zabitlərinə şikayət ediblər. Şikayətlərində "Bu müharibədə bizə təqdim olunan silah və pul dəstəyi hər şey demək deyil. Müharibə daha çox uzun sürəcək kimi görünür. Cihatçıların cinsi ehtiyaclarının ödənilməsinə yönəlmiş verilən fətvalara baxmayaraq cihad izdivacları azdır. Türkiyənin bu məsələdə təqdim etdiyi xidmət azdır. Biz sizdən bizimlə savaşmağınızı istəmirik, amma qadınlarınıza "cihad evliliyi" çağırışı etməyinizi gözləyirik" tələbini irəli sürüblər. Al Akhbar qəzetinə verilən məlumata görə, Türk Xüsusi Xidmət zabitləri Ankara və İstanbuldakı gecə klublarından zorla 80 fahişə toplayıblar. Qadınlara Suriyaya getdikləri halda Türkiyədə qazandıqlarından çox daha yüksək pul ödənəcəyi vədləri verilib. Ancaq cihatçıları məmnun etmələri şərtilə bu ödəmənin keçiriləcəyi bildirilib. Qadınlara ciddi qoruma təmin olunacağı və can təhlükəsizlikləri barədə öhdəlik verilib. Al Akhbar bu qrupun Hələbə göndərildiyini təsdiqləyib. Qadınların gizlincə sərhəddən keçirildiyi, Hələbin şimalında silahlı qrupların nəzarətindəki bir kəndə gətirilərək silahlı qruplara təslim edikləri aşkar edilib.