Populyar "Facebook” sosial şəbəkəsi televizor dekoderi hazırlamağa başlayıb. “Apple TV” televiziya qəbulediciləri üçün servisi xatırladacaq videoəlavə vasitəsilə şirkət lisenziyalı proqramların translyasiyasını planlaşdırır.
Mynews.az-ın məlumatına görə, “Facebook” brendi reklam edəcək və şirkət üçün əlavə gəlir mənbəyi olacaq proqrama əlavələr etmək üçün materiallar yaratmaq məqsədilə kinostudiyalarla danışıqlar aparır. Beləliklə, servis yaradan sosial şəbəkə “Netflix” və “Amazon” şirkətlərinə bənzəmək niyyətindədir.
Məlumata görə, “Facebook” istifadəçilərin səbrindən sui-istifadə edərək “YouTube” servisində olduğu kimi, kontentin əvvəlində reklam yerləşdirməyəcəyinə söz verir və videonun ortasında 15 saniyəlik reklam çarxı yerləşdirməyi nəzərdə tutur. Proqram tərtibatçılarının sözlərinə görə, onların kontenti o qədər keyfiyyətli olacaq ki, istifadəçilər videolara baxan zaman reklamı səbirlə izləyəcəklər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub