İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi məzunu Gizem Zülal Kaynar otağında intihar edib.
Mynews.az-ın məlumatına görə, Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Boğaziçi Universiteti İngilis müəllimliyi ixtisasından keçən il məzun olub və iş tapa bilmədiyi üçün uşaq hazırlaşdıran Gizem Zülal Kaynar eyni universitetdən olan 3 rəfiqəsi ilə yaşamağa başlayıb.
TƏFƏRRÜAT
Hadisə günü ev yoldaşları Kaynardan xəbər ala bilməyincə otağına giriblər. Gənc qızı yatağında huşsuz halda tapan yoldaşları tibbi yardım və polisə zəng ediblər. Hadisə yerinə gələn səhiyyə işçiləri Kaynarın öldüyünü təyin ediblər. İntihar etdiyi yazılan Kaynarın yanında yaşıl rəngli bir şar və mavi rəngdə "xortum" olduğu məlum olub.
Ev yoldaşları polisə verdiyi ifadədə Gizemin ailəsiylə problemləri olduğunu, bu səbəbdən rayonlarına qayıtmadığını bildiriblər.
MƏKTUB TAPILDI
Gənc qızın yoldaşlarına: "Bacarmadımsa, xahiş edirəm siz edin. Öldürün məni" sözləri yazılmış məktubu tapılıb. Ailəsinə də bir məktub yazdığı deyilir.
+
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub