ABŞ və İngiltərə Suriyanın cənub sərhədində yerləşən Ramsa bölgəsinə çoxsaylı tank və minlərlə əsgər yerləşdirib.
Bölgədəki mənbələr 4500 əsgər, 400 tank və zirehli texnikanın bölgəyə yeridildiyini deyir.
Suriya xarici işlər naziri Velid Muallim də bu məlumatı təsdiqləyib.
"Yeni Şafak" qəzeti yazır ki, Ramsa bölgəsinə əsgər yeritməkdə məqsəd İsrailin təhlükəsizliyini qorumaqdır. İŞİD bu bölgədə yoxdur.
Qəzet qeyd edir ki, ABŞ digər hərbi güclərini Kuneytra, Dera sahili, Suveyda və Galon arasında yerləşdirəcək. Amerika əsgərlər Şam sahili ilə Galon-İsrail arasındakı bölgəyə göndəriləcək.
"ABŞ İsrailin təhlükəsizliyini təminat altına almağı düşünür. Bununla yanaşı, Suriyada yeni hərbi əməliyyatlar üçün müdaxilə planı hazırlanır", - deyə qəzet qeyd edib.
publika.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub