ABŞ-ın Kanzas ştatında dəhşətli hadisə baş verib.
Mynews.az İnterAz-a istinadən xəbər verir ki, 7 yaşlı Adrian adlı uşaq ağır işgəncələrə məruz qalıb. Ölmədən əvvəl onun bir dəri, bir sümükdən ibarət olduğu deyilib. Bir dəfə isə ata və ögey ana qaçmağa çalışdığı üçün Adrianın ağzını tikib.
Valideynlər işgəncələrdən sonra uşağı öldürüblər. Bununla da kifayətlənməyən qəddar ata və ögey ana uşağın cəsədini donuzlara yem ediblər.
Təhlükəsizlik kamerası tərəfindən lentə alınan bir görüntüdə əlləri bağlı olan uşağın yerə tökülən yeməyi yediyi əks olunub.
Hadisə ortaya çıxandan sonra valideynlər həbs edilib.
2015-ci ildə törədilmiş cinayətlə bağlı məhkəmə bu yaxınlarda başa çatıb. Qəddar ər və arvad ömürlük həbs cəzası alıb.




1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub