Ukraynanın paytaxtı Kiyevdə keçirilən Eurovision-2017 mahnı müsabiqəsində Makedoniya təmsilçisi Yana Burçeska finala çıxa bilməyib. Lakin o, müsabiqənin ikinci yarımfinalında həyatını dəyişəcək olay yaşayıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az European-a istinadən bildirir ki, 2-ci yarımfinalda "Dance Alone" mahnısı ilə çıxış etmiş 20 yaşlı Yana Burçeska səhnədən enəndən sonra aparıcı ona yaxınlaşıb.
"Bütün pərəstişkarlarıma xoş xəbərim var. Sevgilim var və ondan hamiləyəm", - Yana Burçeska söyləyib. Sən demə, Yananın sevgilisi Aleksandra müğənninin yanında oturub.
Şounun aparıcısı Aleksandra yaxınlaşaraq "Nə isə söyləmək istərdiniz?" soruşanda Aleksandr "hə" deyib və cibindən üzük çıxararaq Yanaya evlilik təklifi edib.

Yana təklifi qəbul edib.
Bu, Eurovision tarixində birbaşa efirdə ilk evlilik təklifi idi.
Eurovision-2017-dəkı bu olayı müsabiqəyə qatılmamış Rusiya ilə yanaşı, Kiyevdəki şounu translyasiya edən BBC-nin tamaşaçıları görməyiblər. Britaniyalılar baş verən olay barədə sosial şəbəkələrdən xəbər tutublar və hiddətləniblər.
Britaniyalıların dediklərinə görə, BBC-nin bu hadisəni göstərməməsi biabırçılıqdır.
Britaniya 1997-ci ildən bəri Eurovision-da qalib gəlmir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub