Son məlumata görə, Romanın mərkəzində poçt şöbəsinin yaxınlığında baş verən partlayışda xəsarət alan olmayıb.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinin mətbuat-attaşesi Mariya Kuçuk məlumat yayıb.
“Söhbət əldəqayırma partlayıcı qurğudan gedir, partlayış nəticəsində xəsarət alan olmayıb, biz İtaliya tərəfinin məlumatlarını izləyirik”, - Kuçuk bildirib.
Partlayış cümə günü İtaliya paytaxtının mərkəzində Aventino küçəsində baş verib. Poçt şöbəsi yaxınlığında park edilmiş iki avtomobilin arasında yerləşdirilən sadə partlayıcı qurğu işə düşüb. Digər məlumatlara görə, iki partlayıcı qurğu olub.
Partlayışdan bir neçə dəqiqə sonra ikinci qurğunun tapıldığı barədə məlumat yayılıb, sonradan inşaat qumunun olduğu torbanın bombaya bənzədildiyi aşkar olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub