Fransanın yeni seçilmiş prezidentinin rəhbərlik etdiyi “İrəli” hərəkatı ilk 428 deputatlığa namizədi təqdim edib. Emmanuel Makron onların sayını parlamentin yerləri qədər – yəni, 577-yə çatdırmaq niyyətindədir.
Deputatların hazırkı tərkibindən siyahıya cəmi 24 nəfər düşüb, onların hamısı Fransua Ollandın “Sosialist partiyası”nın üzvləridir.
Makronun keçən ilə qədər partiyası yox idi, o, namizədlərin seçimində interaktiv üsuldan istifadə edib. Onun hərəkatına deputat olmaq istəyən 19 min nəfər müraciət edib, telefon ilə 1700 müsahibə keçiriblər.
“İrəli” hərəkatının baş katibi Rişar Ferran vurğulayıb ki, namizədlərin 52%-i vətəndaş cəmiyyətinin üzvləridir, onların yarısı – 214 nəfəri qadınlardır. Namizədlərin orta yaşı 46-dır. Hazırkı parlamentdə deputatların orta yaş həddi 60 yaşdır.
Potensial qanunvericilərdən ən gəncinin 24 yaşı, ən yaşlısının 72 yaşı var. Müraciət edənlərdən on nəfər işsizdir, beşi pensiyaçıdır, bir neçə nəfəri isə ali məktəb tələbəsidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub