Türkiyənin Muğla rayonunun Köyceğiz mahalında dəhşətli qətl hadisəsi qeydə alınıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, hadisə dünən saat 18.00-da baş verib. Emrah P. iddiaya görə, dostluq təklifini qəbul etməyən 18 yaşlı İpək Kovan və qardaşı Həsən Can Kovana evlərinin eyvanında oturarkən pnevmatik tüfənglə 8 dəfə atəş açıb. Güllə İpək Kovanın başından və sinəsindən dəyib.
25 yaşlı Emrah P. hücumdan sonra qaçıb. Silah səsini eşidib gələn qonşular İpək və 14 yaşlı qardaşı Həsən Canı yaralı vəziyyətdə qan içində görüblər. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası və polislər İpək Kovanın hadisə yerində öldüyünü təyin ediblər. Həsən Can Kovan isə təcili yardımla xəstəxanaya qaldırılıb.
Həsən Can Kovanın başına dəyən 4 qəlpə çıxarılıb.
Polislər qaçan Emrah P.-nı tutmaq üçün araşdırmaya başlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub