İngiltərədə yaşayan Ceyms və İlse Fieldsend cütlüyü 7 yaşlı qızları Georgia ilə Misirə tətilə çıxıblar. Tətil zamanı qəflətən vəziyyəti pisləşən Georgiyanı dərhal Londonun məşhur xəstəxanalarından birinə aparıblar.
Mynews.az Daily Mail-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 yaşlı qızın beyin anevrizması keçirdiyi məlum olub. İnsanlarda 2-3% nisbətində rast gəlinən beyin anevrizması (beyin damarlarının partlaması) səbəbindən uşaq dünyasını dəyişib.
Uşağın cəsədini morqa vermək istəməyən ailə onu 11 gün evində saxlayıb.
Fieldsend ailəsi 7 yaşlı qızlarının orqanlarını ehtiyacı olan xəstələrə bağışlayıb. Orqan ianəsindən sonra cütlük qızının cəsədini evə gətirərək, heç nə olmamış kimi ona təzə paltarlar geyindirib otağında çarpayısına uzadıblar. 11 gün ərzində ana-ata qızın otağına gedib ona nağıllar oxuyub.
7 yaşlı qızın anası İlse Fieldsend hadisələri belə nəql edib:
"Qızımın üzü ağarmışdı. Onun saçlarını yuyub, əllərini losyonla masaj etdim. Amma oyanmadı... Dəfndən bir gün əvvəl onu öz yataq otağımıza apardıq. Atası ilə soyunub ikimizdə yatağa girdik. Qızımızın varlığını son dəfə hiss etmək istədik. Dəfn günü Georgiyanı yoldaşımla birlikdə yola saldıq. Meyiti yandırmağa apararkən onu son dəfə öpdüm".
Hadisə 2013-cü ildə yaşansa da, 4 il sonra ailənin etirafı nəticəsində mediada yayılıb.



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub